ABŞ-ın Ukraynaya qoşun göndərmək planı yoxdur

 00:31 19.01.2022     605

"ABŞ Ukraynaya əlavə qoşun göndərməyi planlaşdırmır. Bununla belə, Milli Qvardiyanın hərbçiləri orada qalaraq təlimatçı və məsləhətçi funksiyası yerinə yetirəcəklər".

Redaktor.az xəbər verir ki, bu barədə jurnalistlərə Pentaqonun sözçüsü Con Kirbi bildirib.

“Hazırda əlavə qüvvələrin rotasiya qaydasında Ukraynaya göndərilməsi nəzərdə tutulmur. Floridada dislokasiya olunan Milli Qvardiya yerindədir. Lakin biz Ukraynaya özünümüdafiə üçün kömək vasitələri axtarmağa davam edəcəyik”, - deyə Pentaqon rəsmisi vurğulayıb.

Vumart və Güvən reklamı Vumart Güvən