Ərdoğan Ukraynaya gedəcək

 11:00 19.01.2022     742

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın günlərdə Ukraynaya səfər edəcək.

Redaktor.az xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın söyləyib.

“Fəsadları böyük olacaq istənilən hərbi əməliyyatlardan qaçınmaq üçün Rusiya ilə sıx təmasda olacağıq” - deyən Kalın qeyd edib ki, Türkiyə Ukraynanın ərazi bütövlüyü, siyasi suverenliyi və sosial bütövlüyünü dəstəkləyir.

Vumart və Güvən reklamı Vumart Güvən