Kremldən Ərdoğanın Rusiya və Ukrayna arasında vasitəçilik təklifinə REAKSİYA

 14:26 19.01.2022     1312

"Biz istənilən ölkənin Ukraynadakı vəziyyəti həll etmək səylərini alqışlayırıq".

Redaktor.az xəbər verir ki, bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O deyib ki, əgər Türkiyə Kiyevə təsir göstərə və onu Minsk razılaşmaları üzrə öhdəliklərini yerinə yetirməyə təşviq edə bilsə, bu, yalnız alqışlana bilər:

"Biz Ukraynadakı vəziyyətin həllinə kömək edə biləcək istənilən ölkənin səylərini alqışlayırıq. Rusiya ilə Ukrayna arasında əsas fikir ayrılıqları məhz Minsk razılaşmalarının Kiyev tərəfindən yerinə yetirilməsini dayandırması ilə bağlıdır. Əgər türk tərəfdaşlarımız münaqişənin həllinə təsir göstərə bilsələr və Ukraynanı əvvəllər əldə edilmiş razılaşmaları yerinə yetirməyə və öhdəlik götürməyə təşviq etsələr, bu, yalnız alqışlana bilər”.

Nuranə Tofiqli