Merkel BMT-nin təklifini rədd etdi

 15:51 19.01.2022     607

Almaniyanın keçmiş kansleri Angela Merkel BMT-nin baş katibi Antonio Quterreşin iş təklifindən imtina edib.

Redaktor.az xəbər verir ki, bu barədə Merkelin şəxsi bürosunun bəyanatında deyilir.

"Merkel BMT Baş katibinə zəng edərək ona təşəkkür edib və təklifi qəbul etməyəcəyini bildirib” - deyə məlumatda deyilir.

Qeyd edək ki, BMT-nin baş katibi Antonio Quterreş Almaniyanın keçmiş kansleri Angela Merkeli bütün bəşəriyyətin xeyrinə olan qlobal ictimai məsələlər üzrə yüksək səviyyəli məsləhət orqanına rəhbərlik etməyə dəvət edib. Quterreş bu təklifi Merkelə yazılı şəkildə göndərib.

Nuranə Tofiqli