"Sülhə ümid edirəm, ancaq son qərar Putinin olacaq" - Blinken

 16:25 19.01.2022     994

"Rusiyaya sülh yolunu seçməyi təklif edirik".

Redaktor.az "Sputnik Türkiyə"yə istinadən xəbər verir ki, bu sözləri Ukraynada səfərdə olan ABŞ-ın dövlət katibi Entoni Blinken deyib.

"Diplomatik və sülhpərvər yol tuta biləcəyimizə çox ümid edirəm, ancaq sonda qərar prezident Putinin olacaq", o, əlavə edib.

Dövlət katibi Rusiyanın sərhəddəki qüvvələri artırma planlarının olduğunu da sözlərinə əlavə edib və Rusiyanın başqa bir ölkənin sərhədini zorla dəyişdirə bilməyəcəyini vurğulayıb.

O, ölkəsinin Ukraynadakı hərbi varlığı ilə bağlı söhbət açmayıb.

Qeyd edək ki, Blinkenin cümə günü Rusiya xarici işlər naziri Sergey Lavrovla Cenevrədə görüşü planlaşdırılır.

Sübhan Şərif