Ermənistan müharibə itkilərinin yeni sayını  AÇIQLADI

 20:38 19.01.2022     550

Ermənistan Qarabağda 44 günlük müharibə zamanı itkilərinin yeni sayını açıqlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsi məlumat yayıb.

Məlumata görə, müharibədə ölənlərin sayı 3809 nəfərdir. 199 hərbçi isə itkin düşüb.

Xatırladaq ki, 2021-ci il dekabrın 24-nə olan məlumatda müharibə zamanı Ermənistan tərəfdən 3808 nəfərin öldüyü açıqlanmışdı.