Rusiyada nazir müavini korrupsiyaya görə saxlanıldı

 23:39 19.01.2022     197

Rusiya Nəqliyyat Nazirliyi rəhbərinin müavini Vladimir Tokarev korrupsiya işi üzrə saxlanılıb.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə çərşənbə günü TASS-a hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

“Tokarev Cinayət - Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən şübhəli şəxs qismində saxlanılıb”, - deyə mənbə bildirib.

Mənbənin sözlərinə görə, nazir müavininə qarşı qaldırılan cinayət işi onun çalışdığı qurumla bağlı deyil.

Başqa bir mənbə isə Tokarevin yanvarın 31-dək məzuniyyətdə olduğunu və sonradan işdən çıxarılacağını bildirib.

Qeyd edək ki, Vladimir Tokarev Rusiya nəqliyyat nazirinin müavini vəzifəsinə ötən il təyin edilib. O, “Dostluq” ordeni ilə təltif olunub.