“Ukraynaya müdaxilə Rusiya üçün fəlakət olacaq” - Bayden
"Əgər Rusiya Ukrayna ilə sərhəddə yığdığı hətbi qüvvələr hücuma başlasa bu böyük fəlakətə səbəb olacaq"
Redaktor.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Bayden Ağ Evdə mətbuat konfransında çıxışı zamanı deyib.
ABŞ prezidenti onu da vurğulayıb ki, Vladimir Putin Ukrayna ilə bağlı hələ yekun qərar qəbul etməyib.
"Mən əminəm ki, bu, yalnız onun qərarından asılı məsələdir. Bu qərarı başqa heç kim verməyəcək",- deyən ABŞ liderinin sözlərinə görə, Rusiya prezidenti hazırda Ukraynaya hücumun qısa və uzunmüddətli perspektivdə hansı nəticələri verə biləcəyini ölçüb-biçir.
Bayden Ukrayna ətrafındakı vəziyyətdən nə gözlədiyi ilə bağlı sualını isə "Düşünürəm ki, o, irəli gedəcək. O, nəsə etməlidir"- deyə cavablandırıb.
Bayden hesab edir ki, Rusiyanın Ukraynaya mümkün müdaxiləsi İkinci Dünya Müharibəsindən sonra dünya üçün ən ciddi nəticələrə gətirib çıxaracaq.
“Əlbəttə, narahatçılığa əsas var. Əgər o, Ukraynanı işğal edərsə... Bu, İkinci Dünya Müharibəsindən bəri dünyada baş verənlərin ən ciddi nəticələrini verəcək. Hadisələrin bu cür inkişafı halında Rusiya bunun əvəzini böyük itkilərlə ödəyəcək. "Şüurlu müharibədən daha pisi qəsdən olmayan müharibədir. Və mən onun nəzarətdən çıxa biləcəyindən narahatam. Ümid edirəm ki, Vladimir Putin bununtammiqyaslı nüvə müharibəsinə aparacağını anlayar ",- deyə Bayden bildirib.
İltifat HACIXANOĞLU












