“Sanksiyaların tətbiqi Rusiyaya dağıdıcı təsir edəcək” - Amerika Prezidenti

 11:36 20.01.2022     413

“ABŞ və müttəfiqlərinin potensial sanksiyalarının miqyası Rusiyanın Ukraynaya qarşı konkret addımlarından asılı olacaq”

Redaktor.az xəbər verir ki, bu barədə  ABŞ prezidenti Co Bayden Ağ Evdə mətbuat konfransında çıxışı zamanı deyib.

“Bu gün Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Ukraynanı daxildən parçalamaq, əhali arasında qarşıdurma yaratmaq və Rusiyanın o bölgədə daha da  möhkəmlənməsi üçün ciddi iş aparırlar.  Onlar Rusiya Federasiyasının maraqları üçün kiberməkanda səylərini davam etdirsələr, biz də eyni şəkildə cavab verə bilərik.”,-  Bayden bildirib.

Bayden onu da əlavə edib ki, NATO-nun daxilində alyansa üzv olan ölkələrin arasında baş verənlərdən asılı olaraq nə etməyə hazır olduqları ilə bağlı fikir ayrılığı var. Buna səbəb kimi də Rusiyaya ciddi sanksilayarın tətbiqi zamanı dollarla əməliyyatların aparılmasında meydana çıxa biləcək narahatlıqlar göstərilir.

“Sanksiyaların tətbiqi ABŞ-ın və  Avropanın iqtisadiyyatına mənfi təsir edəcəksə, Rusiyaya təsiri dağıdıcı olacaq.”, - Bayden qeyd edib.

O, vurğulayıb ki, ABŞ-ın müttəfiqləri və tərəfdaşları Rusiya iqtisadiyyatına ciddi ziyan vurmağa hazırdırlar.

Vumart və Güvən reklamı Vumart Güvən