Almatıda ixtişaşlarda ölənləri gizli dəfn ediblər

 12:14 20.01.2022     679

Almatı hüquq-mühafizə orqanları ölən iğtişaşçıların gizli dəfn olunduğunu aşkarlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə şəhərin polis idarəsi məlumat yayıb.

Almatı Demokrat Partiyasının rəsmi nümayəndəsi Saltanat Azirbek "İnterfaks-Qazaxıstan" agentliyinə məlumatı təsdiqləyib.

Onun sözlərinə görə, aksiya  iştirakçılarının müəyyən edilməsini çətinləşdirmək üçün ölənləri gizli dəfn edilib.

"Dəfnlərin sayı və yerləri operativ maraq doğurur. Bu baxımdan, onlar açıqlanmır", - o vurğulayıb.

Bundan əvvəl Alma-Ata Şəhər Polis İdarəsinin rəisi Kanat Taimerdenov iğtişaşlar zamanı şəhərdə morqlara yeddi hücumun həyata keçirildiyini, nəticədə 40-dan çox cəsədin oğurlandığını bildirib.

Qeyd edək ki, Qazaxıstanda iğtişaşlar zamanı 227 nəfər öldürülüb.

İLTİFAT

Vumart və Güvən reklamı Vumart Güvən