Consonun körpə qızı koronavirusa yoluxdu

 13:01 20.01.2022     470

Britaniyanın baş naziri Boris Consonun beş həftəlik kiçik qızı koronavirusa yoluxaraq ağır xəstələnib.

Redaktor.az xəbər verir ki, bu barədə Britaniyanın “Daily Mail” nəşri yazıb.

Britaniya baş nazirinin ailə üzvlərindən birinin koronavirusa yoluxması barədə xəbərlər hələ ötən həftə yerli mətbuatda işıqlandırılsa da, rəsmi münasibət bildirilməmişdi.

Bu gün isə baş nazir Boris Conson 2021-ci ildə dekabrın 9-da doğulan kiçik qızı Romi İris Şarlottanın COVID-19-a yoluxduğunu təsdiq edib. O, qızının vəziyyətinin ilk günlər ağırlaşdığını, hazırda isə stabilləşdiyini deyib.

Britaniya baş nazirinin mətbuat katibi isə jurnalistlərə bildirib ki, qızının xəstəliyi ilə əlaqədar Conson hər gün “COVID-19” testindən keçəcək və başqaları ilə əlaqəni məhdudlaşdıracaq. Böyük Britaniya hökumətinin başçısı öz vəzifələrini yerinə yetirməkdə davam edir, görüşlərin əksəriyyətini videokonfrans formatında keçirir.

 

İltifat HACIXANOĞLU

Vumart və Güvən reklamı Vumart Güvən