"Qərbin hərbi yardımı Donbassda hərbi əməliyyat üçün kart-blanşdır" - Mariya Zaxarova

 14:12 20.01.2022     527

"Qərbin hərbi yardımı Donbassda hərbi əməliyyat üçün kart-blanş kimi qəbul edilir".

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova yanvarın 20-də Moskvada keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, ABŞ son aylarda Ukraynaya 30 tank əleyhinə raket kompleksləri - "Javelin" və onlar üçün 180 raket göndərib.

Bundan əlavə, Zaxarova qeyd edib ki, ABŞ Ukraynaya 20 milyon dollar dəyərində silah göndərməyə hazırlaşır.

Zaxarovanın həmçinin bildirib ki, Ukrayna silahlı qüvvələri ölkənin şərqində dinc əhalini atəşə tutmağı dayandırmır.

"ATƏT-in xüsusi monitorinq missiyasının məlumatına görə, yeni ildən sonra atəşkəs rejiminin pozulması hallarının sayı artıq üç mini keçib",- Zaxarova vurğulayıb.

İLTİFAT

Vumart və Güvən reklamı Vumart Güvən