Peskov İrana silah almaq üçün kreditin ayrılmasına ŞƏRH VERMƏDİ
Prezidentin mətbuat katibi Dmitri Peskov İran prezidenti İbrahim Rəisinin Rusiyaya səfərindən sonra Moskvanın Tehrana Rusiya qırıcılarının alınması üçün kredit verə biləcəyi ilə bağlı xəbərləri şərh etməkdən imtina edib.
Redaktor.az xəbər verir ki, o, "Biz hərbi-texniki əməkdaşlıq məsələlərini şərh etmirik" deyərək kifayətlənib.
Rəsinin səfərindən əvvə amerikalı analitiklər iddia edirdilər ki, Moskva Tehranın "Su-35" çoxməqsədli qırıcıları, iki "S-400" müdafiə sistemi və hərbi peyklə təmin olunması üçün bir neçə milyard dollar kredit ayırmağa razılaşa bilər.
Hələ 2016-cı ildə Federasiya Şurasının Müdafiə və Təhlükəsizlik Komitəsinin o dövrdəki rəhbəri Viktor Ozerov bildirmişdi ki, İran Rusiya hərbi texnikasının təqribən 10 milyard dollara çatdırılmasında maraqlıdır.
2021-ci ilin oktyabrında Baş Qərargah rəisi Məhəmməd Baqiri mətbuata açıqlamasında İran və Rusiya arasında hərbi əməkdaşlıq, silahların alınması və terrorizmlə mübarizəni əhatə edən bağlanacaq saziş hazırlandığını deyib. Daha sonra Baqeri Moskvaya uçaraq Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimovla danışıqlar aparıb.
Rusiya və İran hərbi sahədə əməkdaşlıq edir. O cümlədən, Rusiya və İran gəmiləri Xəzər dənizi və Hind okeanında təlimlər keçirib.
2016-cı ildə Rusiya İrana "S-300 Favorit" uzun mənzilli hava hücumundan müdafiə sistemlərini tədarük edib. üzrə müqaviləni yerinə yetirib. Bunlar BMT Təhlükəsizlik Şurasının o vaxtkı məhdudiyyətləri altına düşməyən müdafiə sistemləridir.












