Ərdoğan Putinlə Zelenskini Türkiyədə görüşdürmək İSTƏYİR

 21:06 20.01.2022     428

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüşə öz ərazisində ev sahibliyi etmək istəyini təsdiqləyib.

Redaktor.az-ın məlumatına görə, Ərdoğan bəyan edib ki, rəsmi Ankara Rusiya ilə Ukrayna arasında müharibə mühitinin formalaşmasına təəssüflənir:

“Putinlə Zelenski arasında görüş keçirməyi nəzərdə tuturuq. Gələn ayın əvvəlində mənim Ukraynaya səfərim olacaq”.