Britaniya diplomatlarının Ukraynadan təxliyəsi planı hazırdır

 10:45 21.01.2022     396

Britaniya Ordusunun Xüsusi Hava Xidmətinin (SAS) qoşunları Rusiyanın işğalı halında Ukraynadakı Britaniya diplomatlarını təxliyə etməyə hazırdır.

Redaktor.az xəbər verir ki, bu barədə “Daily Express” nəşri məlumat yayıb.

Məlumatda bildirilir ki, Böyük Britaniyanın Ukraynadakı diplomatik nümayəndəliklərinin əməkdaşlarının  təxliyəsi əməliyyatı yerli KİV-in “ən məxfi hərbi kəşfiyyat bölməsi” adlandırdığı “SAS”-ın “E eskadronu”na həvalə olunacaq.

Müdafiə Nazirliyindən isə öz növbəsində xüsusi təyinatlıların hərəkətlərini şərh etmək niyyətində olmadıqlarını bildirilib.

Qeyd edək ki, son zamanlar Qərb ölkələrinin diplomatlarına Rusiyanın Ukraynaya mümkün müdaxiləsi

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bu cür məlumatları boş və əsassız gərginliyin artması adlandırıb. O vurğulayıb ki, Rusiya heç kim üçün təhlükə yaratmır.

Eyni zamanda, Peskov bu cür bəyanatlara haqq qazandırmaq üçün təxribatların mümkünlüyünü istisna etməyib və Ukraynanın cənub-şərqində böhranın güc yolu ilə həlli cəhdlərinin ən ağır nəticələrinin olacağı barədə xəbərdarlıq edib.