Britaniya Ukraynaya xüsusi təyinatlı dəstə GÖNDƏRDİ

 11:50 21.01.2022     426

Britaniya Ukraynaya 30-a yaxın xüsusi əməliyyat hərbçisi göndərib.

Redaktor.az “Sky News” telekanalına istinadən xəbər verir ki, hərbçilər Ukrayna ordusuna Böyük Britaniya tərəfindən hədiyyə edilən yeni tank əleyhinə raket sistemlərini öyrətmək üçün bu ölkəyə gəlib.

Ordunun yeni yaradılmış Xüsusi Əməliyyatlar Briqadasının bir hissəsi olan Reyncer Alayının üzvləri Ukraynaya hərbi təyyarələrdə uçublar.

Bu günə qədər Böyük Britaniya Ukraynaya 2 minə yaxın tank əleyhinə raket buraxılış qurğusu göndərib.

Qeyd edək ki, Böyük Britaniyanın müdafiə naziri Ben Vallas ötən gün açıqlamasında Rusiyanın öz sərhədində 100 minə yaxın hərbçini toplamasından sonra ölkəsinin Ukraynaya yardım etdiyini bildirib.