Kiyev aktiv hərbi əməliyyatlara hazırlaşır

 12:50 21.01.2022     301

Ukrayna Silahlı Qüvvələri Donbasa 8 "Smerç" və "Uraqan" tipli döyüş sursatı yerləşdirib və hücuma hazırlaşır.

Redaktor.az xəbər verir ki, bu barədə Donetsk Xalq Respublikasının Milli Təhlükəsizlik təşkilatı məlumat yayıb.

Təşkilatın nümayəndəsi bildirib ki, dəstə komandanlığı Ukrayna Silahlı Birləşmələrinin Donbassda aktiv döyüş əməliyyatlarını başlatmaq üçün hazırlıq görür.

Onun sözlərinə görə, Donetsk əldə etdiyi kəşfiyyat məlumatları əsasında belə nəticələrə gəlib.

O əlavə edib ki, Anadol qəsəbəsi yaxınlığındakı poliqonda Ukrayna Silahlı Qüvvələrinin 25-ci briqadasının bazasında intensiv təlim keçirilir.

Bundan əlavə, Ukrayna Silahlı Qüvvələri NLAW tank əleyhinə qumbaraatanların böyük hissəsini alıb.

Nuranə