"Müzakirələrdən irəliləyiş gözləmirik" - Lavrov

 16:19 21.01.2022     540

"Təhlükəsizlik qarantiyası təklifimizə eyni konkretlikdə cavab gözləyirik".

Redaktor.az "Sputnik"ə istinadən xəbər verir ki, bu sözləri Rusiya xarici işlər naziri Serqey Lavrov amerikalı həmkarı Entoni Blinkinlə görüşü barədə fikirlərini bildirərkən deyib.

"Cenevrədəki bu görüşün yararlı olacağını düşündük. Ümid edirik ki, təkliflərimizə konkret cavablar və əgər varsa, əks-təkliflər təqdim etməyimiz məsələsində yardım edəcək" - deyə, o qeyd edib. 

Rusiya XİN başçısı sözlərinə əlavə edib ki, "biz də bu müzakirələrdən daha böyük bir irəliləyiş gözləmirik, amma təkliflərimizə cavab verilməsini ümid edirik."

Sübhan Şərif

Vumart və Güvən reklamı Vumart Güvən