Türkiyədə FETÖ ilə əlaqədə şübhəli bilinən 50-dən çox şəxs saxlanıldı

 16:22 21.01.2022     261

Türkiyədə FETÖ terror təşkilatına qoşulmaqda şübhəli bilinən 51 nəfər saxlanılıb.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyənin "Hürriyyət" qəzeti məlumat yayıb.

Bildirilib ki, Türkiyə xüsusi xidmət orqanları müxalifətçi Fətullah Gülənin təşkilatının fəaliyyətində iştirakda şübhəli bilinən 51 nəfəri saxlayıb. 

Qeyd olunub ki, 28 rayonunda keçirilən xüsusi əməliyyat zamanı FETÖ-də əli olmaqda şübhəli bilinən fəal və istefada olan hərbçilər, eləcə də hərbi təhsil müəssisələrinin tələbələri həbs edilib.

Nuranə