"Rusiyanın qarşısında iki seçimi var” - ABŞ dövlət katibi

 17:26 21.01.2022     406

“Rusiyanın qarşısında iki seçimi var”.

Redaktor.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ABŞ-ın dövlət katibi Entoni Blinken bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşdən sonra keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Rusiya ya danışıqları, ya da münaqişəni davam etdirməlidir: “ABŞ hər iki varianta hazırdır”.