Rusiya-Ukrayna gərginliyinə görə Putinlə Ərdoğan arasında telefon danışığı olacaq?

 18:00 21.01.2022     391

Rusiya ilə Türkiyə dövlət başçıları arasında yaxın vaxtlarda telefon danışığı gözlənilmir.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

"Hazırda qrafikdə telefon danışığı yoxdur. Lakin lazım gələrsə, bu, baş tuta bilər”, - Peskov bildirib.

Qeyd edək ki, daha əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna liderləri Vladimir Putin və Vladimir Zelenskini fikir ayrılıqlarını müzakirə etmək və həll etmək üçün ölkəyə dəvət edib.

Nuranə