ABŞ diplomatların ailələrini Ukraynadan təxliyə etməyi planlaşdırır

 19:46 21.01.2022     237

"ABŞ yaxın günlərdə Ukraynadakı səfirliyinin əməkdaşlarının ailələrini təxliyə edə bilər".

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Plana əsasən, səfirlik əməkdaşlarının ailə üzvlərinin məcburi təxliyəsi gözlənilir.

Diplomatik missiyanın işi üçün vacib funksiyaları yerinə yetirməyən işçilər də ölkəni tərk edə biləcəklər, lakin getmə qərarını özləri verəcəklər.