"Nüvə sazişi Rusiya ilə ABŞ arasında əməkdaşlığın nümunəsidir" - ABŞ dövlət katibi

 20:11 21.01.2022     272

"İranın nüvə proqramına dair Müştərək Əhatəli Tədbirlər Planı (JCPOA) ABŞ və Rusiya arasında təhlükəsizliklə bağlı əməkdaşlığın nümunəsidir".

Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken bildirib.

“Xarici işlər naziri ilə İranla bağlı müzakirələr aparmaq fürsətimiz oldu. Bu da Birləşmiş Ştatlarla Rusiyanın birgə maraq kəsb edən təhlükəsizlik məsələləri ilə bağlı birgə çalışa bilmələrini sübut edir”, - Blinken qeyd edib.

Dövlət katibi JCPOA-nın bərpasına dair rəsmi Tehranla danışıqların kritik məqama çatdığını da dilə gətirib: “Qarşıdakı bir neçə həftə ərzində razılaşma əldə olunmasa, JCPOA-nın bərpasını mümkünsüz olacaq".