ABŞ Ukraynaya hərbi helikopterlər verəcək

 09:20 22.01.2022     358

ABŞ Ukraynaya Əfqanıstan Hərbi Hava Qüvvələrinin helikopterlərini verəcək

Redaktor.az xəbər verir ki, Ağ Evin mətbuat katibi Cen Psaki "The Washington Post"a Ukraynaya Mi-17 helikopterlərinin veriləcəyini təsdiqləyib.

Bundan əvvəl ABŞ-ın hərbi yardım çərçivəsində Ukrayna Silahlı Qüvvələrinə beş Mi-17V5 və bir Mi-8MTV helikopteri göndərəcəyi bildirilirdi.

Helikopterlərin ilk partiyasının bu ilin yazında Ukraynaya çatacağı gözlənilir.

Qeyd olunur ki, ümumilikdə 60-dan çox hərbi təyyarə Əfqanıstandan çıxarılıb.

Vumart və Güvən reklamı Vumart Güvən