Rusiya Britaniya XİN başçısının Moskvaya səfərinə icazə verdi

 12:31 22.01.2022     358

Rusiya Böyük Britaniyanın xarici işlər naziri Liz Trassın Moskvaya səfəri barədə xahişinə razılıq verib.

Bu barədə Redaktor.az TASS-a istinadən xəbər verir.

“Britaniyanın xarici işlər naziri Rusiyanın XİN rəhbəri Sergey Lavrovla danışıqlar aparmaq üçün Moskvaya gəlmək barədə xahiş edib. Moskva səfərin fevralda keçirilməsinə razılıq verib”, - deyə agentliyin mənbəsi bildirib.

Qeyd edək ki, Birləşmiş Krallığın XİN başçıları 2017-ci ilin dekabrından Rusiyaya səfər etmirlər.

Vumart və Güvən reklamı Vumart Güvən