Putin Paşinyanla müzakirələr apardı

 13:35 22.01.2022     329

Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

Redaktor.az xəbər verir ki, bu barədə Kremlin Mətbuat xidməti məlumat yayıb.

Söhbət zamanı KTMT çərçivəsində gələcək qarşılıqlı fəaliyyətin perspektivləri müzakirə olunub.

Bildirilib ki, Vladimir Putinlə Nikol Paşinyan Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 2020-ci il noyabrın 10-da qəbul etdikləri birgə bəyanatın, 2021-ci yanvarın 11-i və noyabrın 26-da əldə etdikləri üçtərəfli razılaşmanın reallaşmasının praktik aspektlərinə, eləcə də Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiya və demarkasiyasına dair məsələləri nəzərdən keçiriblər.

Vumart və Güvən reklamı Vumart Güvən