Əfqanıstanda partlayışda ölənlər var

 19:36 22.01.2022     370

Əfqanıstanın şimal-qərbindəki Herat şəhərində partlayış törədilib.

Redaktor.az xəbər verir ki, bu barədə yerli “Etilaat Roz” qəzeti məlumat yayıb.

Hadisə nəticəsində azı 6 nəfər ölüb, 10 nəfər yaralanıb.

İlkin məlumata görə, Hacı Abbasın Herat məhəlləsində sərnişin mikroavtobusu partladılıb.

“Taliban” hərəkatının regional nümayəndələri partlayış faktını təsdiqləyiblər.

Vumart və Güvən reklamı Vumart Güvən