Blinken Kanadalı həmkarı ilə Ukraynanı müzakirə etdi

 19:18 22.01.2022     272

ABŞ Dövlət katibi Entono Blinkenlə Kanadanın xarici işlər naziri Melani Joli arasında telefon danışığı olub.

Redaktor.az-ın xəbərinə görə, bu barədə Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

Tərəflər Ukrayna ətrafındakı vəziyyəti müzakirə ediblər.

“Dövlət katibi Blinken xarici işlər naziri Joli ilə Rusiyanın Ukraynaya yaratdığı təhlükələrlə bağlı ortaq narahatlıqlarımızı, həmçinin Rusiyanın diplomatiya və de-eskalasiyaya yönəldilməsi səylərini müzakirə etdilər”, - məlumatda qeyd olunub.

Söhbət zamanı E. Blinken Ukraynaya hücum edəcəyi təqdirdə Rusiyaya tətbiq ediləcək genişmiqyaslı iqtisadi sanksiyalarla bağlı koordinasiyalı fəaliyyətə hazırlığını vurğulayıb.

Vumart və Güvən reklamı Vumart Güvən