ABŞ bu tarixdə diplomatlarını Ukraynadan ÇIXARACAQ
ABŞ Dövlət Departamenti Ukraynadakı səfirliyin əməkdaşlarının ailələrinin təxliyəsi barədə göstəriş verib.
Redaktor.az xəbər verir ki, bu barədə Fox News-un jurnalisti Lukas Tomlinson adı açıqlanmayan ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
Məlumata görə, təxliyə yanvarın 24-dən başlayaraq həyata keçirilə bilər.
Daha əvvəl "Bloomberg" adı açıqlanmayan mənbələrə istinadən xəbər verib ki, yaxın günlərdə ABŞ səfirliyinin əməkdaşlarının ailə üzvlərinin məcburi təxliyəsi planlaşdırılır.












