Ərdoğan Rəisi ilə müzakirələr apardı
İran Prezidenti İbrahim Rəisi və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
Redaktor.az xəbər verir ki, prezidentlər ikitərəfli və regional əməkdaşlıq perspektivini müzakirə edib, əməkdaşlığın gücləndirilməsinin zərurətini vurğulayıblar.
İran Prezidenti İbrahim Rəisi bildirib ki, İranın Türkiyə ilə əməkdaşlığa baxışı uzunmüddətli və hərtərəflidir.












