Sezen Aksudan onu linç edənlərə ismarıc: "Yazmağa davam edəcəyəm"

 23:38 22.01.2022     260

“Şahane bir şey yaşamaq” adlı mahnısındakı “Salam söyləyin o cahil Həvva ilə Adəmə” sözlərinə görə tənqid olunan türkiyəli müğənni Sezen Aksu ilk dəfə danışıb.

Bu barədə Redaktor.az Türkiyə mətbuatına istinadən xəbər verir.

5 il əvvəl yazılan “Şahane bir şey yaşamaq” mahnısına görə hədəfə alındığını deyən sənətçi "Mən ovam, sən ovçu, vur..." ifadələrini işlədib.

"Bildiyiniz kimi, mövzu mən deyiləm, ölkədir. Özümü tanımağa başlayandan müxtəlif insanlıq hallarını müşahidə edib, bunları sözə çevirdiyimi bilirsiniz. Nəticə olaraq 47 ildir yazıram. Yazmağa da davam edəcəyəm”.

Vumart və Güvən reklamı Vumart Güvən