Ərəb koalisiyası Yəməni yenə bombaladı - 87 ölü, 226 yaralı

 23:47 22.01.2022     299

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın Yəməndə həbsxanaya endirdiyi hava zərbələri nəticəsində azı 87 nəfər ölüb, 226 nəfər yaralanıb.

Redaktor.az xəbər verir ki, bu barədə “Əl-Masirah” telekanalı məlumat yayıb.

Bu barədə şənbə günü Husilərin hökumətində səhiyyə nazirinin müavini Nəcib əl-Kubati bildirib.

Xatırladaq ki, Yəməndə münaqişə 2014-cü ilin avqustundan davam edir. Qarşıdurma 2015-ci ilin martında daha da şiddətlənib. Müharibə dünyada ən böyük humanitar böhran yaradıb. BMT-nin məlumatına görə, 24 milyondan çox yəmənlinin - respublika əhalisinin təxminən 80%-nin humanitar yardıma ehtiyacı var, məcburi köçkünlərin sayı isə 4 milyonu ötüb.

Vumart və Güvən reklamı Vumart Güvən