Türkiyədə avtobus qəzasında xeyli sayda xəsarət alanlar var
Türkiyənin Amasya əyalətində sərnişin avtobusu maneəyə çırpılıb.
Redaktor.az xəbər verir ki, qəza nəticəsində biri uşaq olmaqla 30 nəfər xəsarət alıb.
Bildirilir ki, qəza səbəb avtobusun sürücüsünun yolun buz bağlaması nəticəsində idarəetməni itirməsi olub.
Qəza yerinə çox sayda təvili yardım briqadası cəlb edilib, xəsarət alanlar xəstəxanalara çatdırılıb.












