700 ton mazut olan tankerdə yanğın olub

 15:49 23.01.2022     310

Qara dənizdə Komor adaları bayrağı altında üzən və göyərtəsində 700 ton mazut olan “Almuntazah” adlı tankerdə yanğın baş verib.

Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, tanker Taman limanında sahildən 1,2 mil aralıda lövbərdə durub.

Tankerin heyət üzvləri 7 nəfər Rusiya vətəndaşıdır. Zərərçəkənlər barədə məlumat verilməyib.

Hazırda yanğının başvermə səbəbləri araşdırılır.

Vumart və Güvən reklamı Vumart Güvən