Türkiyə "Bayraktar" üçün ilk ixrac müqaviləsini imzaladı

 17:32 23.01.2022     409

Türkiyə "Bayraktar Akıncı" döyüş pilotsuz uçan aparatlarının (PUA) ixracına dair ilk müqaviləni imzalayıb.

Redaktor.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə bazar günü “Baykar Makina” İHA istehsalçısının baş direktoru Haluk Bayraktar bildirib.

“Baykar Makina”nın baş direktoru bu müqavilənin hansı ölkə ilə bağlandığını açıqlamayıb.

Onun mühərrikləri Ukrayna tərəfindən tədarük ediləcək.

Müqaviləyə əsasən tədarüklər 2023-cü ilə planlaşdırılır.

Vumart və Güvən reklamı Vumart Güvən