Pakistanda leysan yağışları 7 nəfərin həyatına son qoydu

 18:00 23.01.2022     267

Pakistanın şimal-qərbindəki Xayber-Paxtunxva əyalətində leysan yağışları insan tələfatına səbəb olub.

Redaktor.az “Assosiated Press”ə istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində azı 7 nəfər ölüb, 16 nəfər yaralanıb.

Güclü yağışın səbəb olduğu torpaq sürüşməsi və damın çökməsi nəticəsində ölənlər arasında qadın və uşaqların olduğu bildirilir.

Azı 19 ev və binaya qismən ziyan dəyib və ya tamamilə dağılıb.

Xilasetmə əməliyyatları davam edir.

Vumart və Güvən reklamı Vumart Güvən