Brüsseldə aksiyaçılar polisə hücum etdilər
Brüsselin Avropa məhəlləsində karantin qaydalarına etiraz edənlərlə hüquq-mühafizə qüvvələrinin nümayəndələri arasında toqquşma baş verib.
Redaktor.az xəbər verir ki, bu barədə TASS-ın müxbirinin hadisə yerindən məlumat verib.
Məlumata görə, polis su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə edib.
Bir neçə yüz nümayişçi digər aksiyaçılardan ayrılaraq, Avropa Polisinin binası yaxınlığındakı polis kordonunu yarmağa çalışıb. Aksiyaçılar polisə fişəng və butulkalar atmağa başlayıb.
Polis su şırnaqları və gözyaşardıcı qazdan istifadə edərək bir qrup etirazçını qovub.












