Təzə bəy arvadını və baldızını öldürdü - Tatarıstanda

 23:35 23.01.2022     419

Tatarıstanda toydan 3 gün sonra bəy həyat yoldaşını və onun bacısını bıçaqlayaraq öldürüb.

Redaktor.az xəbər verir ki, hadisə Naberejnıye Çelnıda baş verib.

20 yaşlı gəlinin və onun bacısının meyitləri qohumları tərəfindən mənzildə aşkarlanıb.

Qeyd edək ki, toy şənliyi yanvarın 20-də keçirilib.

Hadisənin səbəbləri araşdırılır.

Vumart və Güvən reklamı Vumart Güvən