İstanbuldan bütün uçuşlar dayandırıldı

 19:46 24.01.2022     376

Türk Hava Yolları İstanbul hava limanında qar yağması və əlverişsiz hava şəraiti ilə əlaqədar sabah saat 04:00-a qədər bütün uçuşları dayandırıb. 

Redaktor.az “TRT Haber”ə istinadən xəbər verir ki, uçuşların dayandırılmasına səbəb güclü qar yağması olub.

Təyyarələrin uçuş və eniş zolağı qardan təmizləndikdən sonra reyslər bərpa olunacaq.

Bildirilir ki, Sabiha Gökçen hava limanında da bəzi uçuşlar daha sonraya təxirə salınıb.

 

Vumart və Güvən reklamı Vumart Güvən