Qar İstanbulu iflic etdi

 19:47 24.01.2022     371

İstanbulda qar bir sıra çətinliklər yaradıb.

Redaktor.az xəbər verir ki, hava şəraitini nəzərə alaraq, avtovağzallardan nəqliyyat vasitələrinin hərəkəti sabah 08:00-dək dayandırılıb.

Bundan başqa, şəhərə giriş-çıxış da bağlanılıb.

Əhaliyə məcbur olmadıqca nəqliyyat vasitələrindən istifadə etməməklə bağlı çağırış edilib. Alış-veriş mərkəzlərinin də qapanma saatı dəyişdirilib. Belə ki, bu gün 19:30-da bütün AVM-lər bağlanacaq.

Vumart və Güvən reklamı Vumart Güvən