"Azərbaycanla sülh sazişi imzalamağa hazırıq” - Paşinyan

 21:56 24.01.2022     796

"Rəsmi İrəvan hesab edir ki, Bakı ilə sülh müqaviləsi imzalanmalıdır, lakin bu sənəd danışıqlar prosesində işlənməlidir".

Redaktor.az xəbər verir ki, bu barədə bazar ertəsi Ermənistanın Baş naziri Nikol Paşinyan feysbukdakı səhifəsində onlayn keçirilən mətbuat konfransında bildirib.

"Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı çox danışılır. Bəli, imzalanmalıdır, lakin əvvəlcə bu sənəd rəsmiləşdirilməlidir, amma bu, bir sual və danışıqların nəticəsidir. Ermənistan bunlara hazırdır və biz bunu dəfələrlə bildirmişik", - deyən Baş nazir əlavə edib ki, İrəvanın demarkasiya və delimitasiya üçün ilkin şərtləri yoxdur.

Vumart və Güvən reklamı Vumart Güvən