Bayden də Ukraynaya qoşun göndərmək istəmir - Psaki

 22:04 25.01.2022     362

“Co Baydenin ABŞ qoşunlarını Ukraynaya göndərməkdə nə marağı, nə də arzusu var”.

Redaktor.az xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Cen Psaki brifinq zamanı deyib. 

"Aydın olsun deyə açıqlayıram: prezidentin Ukraynaya qoşun göndərmək niyyəti, marağı, istəyi yoxdur", - Psaki qeyd edib. 

O əlavə edib ki, 8500 ABŞ hərbçisinin Avropaya göndərilməsi üçün yüksək hazırlıq vəziyyətinə gətirmək qərarı yalnız NATO-nun “şərq cinahını” dəstəkləmək məqsədi daşıyır.

Vumart və Güvən reklamı Vumart Güvən