ABŞ Misirə hərbi avadanlıq satacaq

 15:11 26.01.2022     340

ABŞ Dövlət Departamenti Misirə 2.5 milyard dollarlıq hərbi satışa razılıq verib.

Redaktor.az "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın müdafiə və təhlükəsizlik məsələləri üzrə əməkdaşlıq agentliyindən açıqlama verilib.

Məlumata görə, Misirə 12 ədəd "C-130J" yük təyyarəsi və eyni miqdarda ehtiyat mator ilə birlikdə bir sıra dəstək hərbi avadanlıqlarını satılacaq.

Bu barədə agentlikdən verilən ikinci açıqlamada deyilir ki, 355 milyon dollar dəyərində hava-müdafiə radar sistemlərinin də satışına razılıq verilib.

Qeyd edək ki, satış razılığı barədə ABŞ Konqresinə məlumat verilib və əgər bu orqan 30 iş günü müddətində razılığa etiraz etməzsə, satış barədə görüşmələr baş tuta bilər.

Sübhan Şərif 

Vumart və Güvən reklamı Vumart Güvən