Nazarbayevin ömürlük sədrliyi ləğv edildi
Qazaxıstan parlamentinin yuxarı palatası (Senat) ölkənin birinci prezidenti Nursultan Nazarbayevin Təhlükəsizlik Şurasına və Xalq Assambleyasına ömürlük sədrliyinin ləğvinə dair düzəlişi təsdiq edib.
Redaktor.az-ın TASS agentliyinə istinadla xəbərinə görə, yanvarın 19-da aşağı palata (Məclis) müvafiq qanun layihəsini qəbul etmişdi.
Yeni qanunun qüvvəyə minməsi üçün dövlət başçısı tərəfindən təsdiqlənməlidir.












