Ukraynada əsgərlər arasında atışma - Ölənlər var- YENİLƏNİB
Ukraynanın Dnepr şəhərində 5 silahdaşını güllələyən qvardiyaçı saxlanılıb.
Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Dövlət İstintaq Bürosunun sözçüsü Olqa Çikanova məlumat verib.
Xatırladaq ki, Ukraynanın Dnepr şəhərində Milli Qvardiyanın 20 yaşlı hərbçisi Artemiy Ryabçuk “AK-47” avtomat silahından xidmət yoldaşlarına açaraq 5 əsgər yoldaşını öldürüb.
***
Ukraynanın Dnepr şəhərində Milli Qvardiyanın 20 yaşlı hərbçisi Artemiy Ryabçuk “AK-47” avtomat silahından yoldaşlarına atəş açıb.
Redaktor.az xəbər verir ki, bu barədə Ukraynanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Hadisə ötən gecə baş verib. Nəticədə 5 nəfər ölüb, 5-i yaralanıb. Bildirilib ki, layın başvermə səbəbləri məlum deyil.














