Özbəkistanda terrorçuluqda şübhəlilər saxlanıldı

 11:47 27.01.2022     285

Özbəkistanın paytaxtı Daşkənddə “Kətibə Təvhid vəl-Cihad” terror təşkilatı ilə əməkdaşlıqda şübhəli bilinən 30 nəfər saxlanılıb.

Redaktor.az xəbər verir ki, bu barədə ölkənin Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb.

İstintaq nəticəsində onların Suriyaya gedərək oradakı silahlılara qouşulmağı planlaşdırdıqları müəyyənləşib.

Qeyd edək ki, “Kətibə Tövhid vəl-Cihad” Özbəkistan Ali Məhkəməsinin qərarı ilə 2016-cı ildən terror təşkilatı kimi tanınıb.

Vumart və Güvən reklamı Vumart Güvən