Lavrov Çinə səfər edəcək

 17:27 27.01.2022     392

Rusiyanın xarici işlər naziri Sergey Lavrov fevralın 3-də Çinə səfər edəcək.

Redaktor.az “Ria Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin informasiya və nəşriyyatı direktorunun müavini Aleksey Zaysev bildirib.

Bildirilib ki, o, Çinin xarici işlər naziri Van İ ilə görüşəcək. S.Lavrov çinli həmkarı ilə Rusiya və Çin liderlərinin Zirvə toplantısına hazırlığı müzakirə edəcək.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinin fevralın 4-də Pekinə səfəri planlaşdırılıb. O, Pekində keçiriləcək Qış Olimpiya Oyunlarının açılışı mərasiminə qatılacaq, Çin lideri Si Cinpinlə görüşəcək.

Vumart və Güvən reklamı Vumart Güvən