Zelenski hərbi yardıma görə Baydenə təşəkkür etdi
Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Co Baydenlə telefonda danışıb.
Redaktor.az xəbər verir ki, bu barədə Zelenski özünün tvitter hesabında yazıb.
“Son diplomatik gərginliyin azaldılması səylərini müzakirə etdik və gələcək üçün birgə fəaliyyətlə bağlı razılığa gəldik. Davamlı hərbi yardıma görə prezident Co Baydenə təşəkkür etdim. Ukraynaya maliyyə dəstəyinin mümkünlüyü də müzakirə edildi”, - deyə prezident bildirib.
Zelenski əlavə edib ki, aralarındakı telefon danışığı uzun olub.












