"Başımıza gələn faciə özümüzü aldatmağın nəticəsidir" - Erməni nazirdən ETİRAF
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan 44 günlük İkinci Qarabağ müharibəsi ilə bağlı açıqlama verib.
Redaktor.az “Sputnik Ermənistan"a istinadla xəbər verir ki, nazir jurnalistlərə açıqlamasında yalanla yaşamağı dayandırmağı məsləhət görüb.
"Başımıza gələn faciə özümüzü aldatmağın nəticəsidir. Reallığın gözünün içinə baxmaq, bir-birimizlə birbaşa danışmaq, heç nəyi gizlətməmək lazımdır”, - deyə Mirzoyan bildirib.












