Zelenski Milli Qvardiyaya yeni komandan təyin etdi

 11:34 28.01.2022     404

Ukrayna Prezidenti Volodimir Zelenski Milli Qvardiyanın komandanı general-polkovnik Nikolay Balanı tutduğu vəzifədən azad edib.

Redaktor.az xəbər verir ki, bu məlumatı Ukrayna Prezidentinin saytı yayıb.

Milli Qvardiya komandanının işdən çıxarılmasına səbəb kimi yanvarın 27-də bir əsgərin 5 hərbçi yoldaşını öldürməsi, 5-ni isə yaralaması göstərilir.

General-leytenant Yuri Lebed Ukrayna Milli Qvardiyasının yeni komandanı təyin olunub.

Vumart və Güvən reklamı Vumart Güvən